Xəbərlər

Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər

Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub. “Report” xəbər verir ki,…

Ətraflı oxu

“Milana” hospitalda bir kabus dolaşmaqdadır, ittiham!

Xuraman Muradova: “Qurban Məmmədovun bu əsassız ittiham və ağır təhqirlərinə hüquqi müstəvidə cavab  veriləcək…” “Təəssüf edirəm ki, kanalın özünü hüquqşünas sayan rəhbəri heç bir ölçü–sərhəd bilmədən mənə və sahibi olduğum tanınmış klinikaya qarşı qərəzli və yalan məlumatları ilə ictimaiyyəti aldatmaqdadır“ …İki gün əvvəl təsisçisi və rəhbəri bir müddətdir Azərbaycandan kənarda mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədov olan “AzerFreedomTV“nin efirində, məhz onun özünün moderatorluğu ilə Azərbaycanda tibb sahəsində yetərincə imici və işgüzar fəaliyyəti olan “MilanaHospital“ın sahibi Xuraman Muradovanın şəxsiyyətinə  qarşı olduqca sərt və ağır formada təhqirli ifadələrlə müşaiyət edilən reportaj verilmişdir. Həmin reportajda, həmçinin klinikanın fəaliyyətinə kölgə salan, korrupsiya hüquqpozmalarını nəzərdə tutan çoxsaylı ittihamlar səsləndirilmişdir.  XXX  “Təzadlar“ın elektron poçtuna adı çəkilən klinikada çalışan xanım tibb işçilərindən biri tərəfindən göndərilmiş məktubda həmin ittihamlar sıralanır. Bu ittihamlar toplusu çoxsaylı suallar doğurduğundan «Media haqqında» Qanunun tələblərinə və jurnalist statusuna uyğun olaraq klinikanın sahibi, xeyriyyəçiliyi ilə tanınan Xuraman Muradovaya media sorğusu göndərdik… Bir müddət sonra X.Muradova redaksiyamızla əlaqə saxladı,  bəzi suallara eksklüziv cavab verməsini xahiş etdik: –Xuraman xanım, martın 31-də «AzerFreedomTV“nin efirində gecə saatlarında yayımlanmış məlum canlı yayımlı reportajı biz də izlədik. Açığı, həm Sizə, həm də rəhbəri olduğunuz klinikaya qarşı inanılmaz ittihamlarla qarşılaşdıq…  – Nəinki inanılmaz ittihamlar, həmçinin inanılmaz və ağır formada təhqirlərə məruz qalmışam. Hazırda bununla bağlı hüquqi müstəvidə cavab addımları atılmaqdadır və inanıram ki, YouTube rəhbərliyi üzvlük qaydalarını ciddi şəkildə pozduğuna görə bu kanal barədə ciddi tədbir görəcək. H.əmin qaydalarla tanışsınızsa, orada xüsusi olaraq qeyd edilir ki, şəxslərin ailə institutuna toxunmaq, təhqirlərə yol vermək, heç bir məhkəmə qərarı və ya hökmü olmadan insanları ağır cinayətlərdə ittiham etmək və s. yolverilməzdir. Amma təəssüf edirəm ki, özünühüquqşünas adlandıran Qurban Məmmədov Azərbaycan xanımı olaraq mənə və ailəmə qarşı ağır formada və açıq mətnlə təhqirlərə yol vermiş, eləcə də məni ağır cinayətlərdə ittiham etmişdir. Vəkilim bu barədə ingilis dilində arayış hazırlayaraq həm YouTube rəhbərliyinə təqdim edəcək, həm də Qurban Məmmədova mühacir statusu vermiş Böyük Britaniyanın hüquq–mühafizə orqanlarına göndəriləcək. Bununla yanaşı, hüquqi müstəvidə də digər sərt addımlarımız atılacaq… – Xuraman xanım, istinad edilən reportaj– buraxılışda çoxsaylı ittihamların və təhqirlərin olduğunu söylədiniz. Açığı, biz media olaraq tərəf ola bilmərik, amma ədalətli yanaşmanı ortaya qoymaq da jurnalist olaraq vəzifəmizə və statusumuza daxil olduğundan bir vacib məqama aydınlıq gətirmənizi istərdik. Qurban Məmmədovu  hüquqşünas kimi tanıdığımızdan, qeyd etdiyiniz ittihamlara əvvəlcə inanmağımız belə gəlmirdi ki, bəlkə bunlar onun oxşarı tərəfindən, yəni süni intellekt icraçısı rolunda kimsə təqdim etmişdir… Ümumiyyətlə, bu efir– sosial media münaqişəsinin əsl mahiyyətində nə durur? Axı siz Azərbaycanda tanınmış, işgüzarlığı ilə fərqlənən sahibkar xanımlardansınız. Niyə…

Ətraflı oxu

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini…

Ətraflı oxu

Mer postuna namizəd haqqında cinayət işinə başlanılıb

Gümrü meri postuna namizəd barədə cinayət işi açılıb. Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun “SputnikARM”-a verdiyi məlumata görə, Gümrü…

Ətraflı oxu

Müharibə kimin xeyrinə bitəcək?

ABŞ Prezidenti Donald Tramp Rusiya başçısı Vladimir Putinin Ukraynada BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqi ideyasını…

Ətraflı oxu

Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək

Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək. “Report” xəbər verir ki, bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və…

Ətraflı oxu

Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə 2 döl və 1 körpənin ölüm faktı araşdırılır. APA xəbər verir ki,…

Ətraflı oxu

Hotelə qızıl külçələr apararkən saxlanılan polkovniklə bağlı YENİ QƏRAR – Hadisənin GÖRÜNTÜLƏRİ

İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun cinayət işi üzrə aparılan 4…

Ətraflı oxu

İrandan Trampa mesaj: “Biz sizin üçün Zelenski deyilik”

“ABŞ Ukrayna ilə olduğu kimi İrana da öz şərtlərini diktə edə biləcəyini düşünərək səhvə yol verdi”. Polise.az xəbər verir ki,…

Ətraflı oxu

Avropa liderləri Gürcüstanla bağlı bəyanat yaydılar

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta…

Ətraflı oxu
Back to top button