Şirvan polisi şəhərdə tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşlarla bağlı profilaktiki tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli
həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına
səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Son iki gün ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 12 nəfər
şəxs müəyyən edilərək saxlanılıb və şöbəyə gətirilib. Burada onlarla profilaktiki
söhbətlər aparılıb, hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər
görülüb və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Şirvan
şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 7-i inzibati qaydada həbs olunub, 5-i isə
müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə
qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dilənçiliklə məşğul
olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin edən 3 nəfər şəhər sakini də
müəyyən edilib, onlara ciddi xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq
tədbirlər görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button