Dövlətin immun Sistemi

Bu gün Azərbaycanda Polis Günüdür. Bu gün Azərbaycan cəmiyyətinin polisin Vətən müharibəsinin taleyüklü günlərində oynadığı böyük rolu dərk etmək və qəbul etmək imkanında olan hissəsi üçün diqqətdən kənarda qala bilməz. Azərbaycan ordusunun qoşun hissələri bu tarixi savaşda qanlı döyüşlər aparırdı. Döyüşlərin gedişində, atəş altında  Qarabağ xəyallarından ruhlanan ordunun sıraları da incəlirdi. Və ordunun döyüş meydanında formalaşan polad cərgələrinə  təkcə könüllülər və döyüşə atılan ordunun ehtiyat hissələri deyil, Azərbaycan polisinin elit hissələri də can atırdı.  Döyüşlərin başa çatmasından bir neçə həftə sonra jurnalist taleyi məni İkinci Qarabağ müharibəsinin hələ silinməyən izləri ilə apardı. Zəngilanda, Qubadlıda, Füzulidə, Hadrutda…azad edilmiş Qarabağ torpaqlarını dolaşarkən yol boyu cəsur, soyuqqanlı, odda-alovda bərkimiş polislərlə qarşılaşırdım. Onlar döyüş meydanını təzəcə tərk etsələr də, hələ də tüstülənən bu torpaqlarda qayda-qanunu təmin edirdilər.

İndiki DİN-nin arxitektoru Ramil Usubov sükanı etibarlı əllərə verdi…

Sistemin vərdiş olunmuş, oturuşmuş, bununla belə seçkin və aşındırıcı mexanizmini pozmayan qızğın müharibə gedirdi. Sovet kazarma-inzibati rejimi dövründə Daxili İşlər Nazirliyini belə adlandırırdılar-Sistem. Bu, sarsılmaz və total Sistem idi. Və ağlasığmaz dərəcədə qısa müddət ərzində, 1993-cü il iyunun 15-dən sonra Üçüncü respublikanın qurucusu Heydər Əliyev dövlətin anarxiya dövründə çökmüş sütunlarını küllərdən dirçəldə və yeni quruluşa adaptasiya edə bildi. Zamanla ayaqlaşan islahatçı-prezident İlham Əliyev isə DİN-dən başqa dövlətin bütün həyati fəaliyyətinə yenidən baxdı.

Saat mexanizminin işi aramsızdır. Əliyevlər hakimiyyətinin erkən dövrünün bu metaforası Azərbaycan Daxili İşlər Nazirliyinin işini xarakterizə edə bilər. Hələ 25 il əvvəl  düzəldilmiş bu çəkindirmə aparatı müharibə dövründə də fenomenal rol oynadı…

Bakıda, başqa şəhərlərdə, arxa cəbhənin dərinliklərində heç kim müharibənin iyini hiss etmədi. Hətta barıt iyini də. Nadir hallarda paytaxtın ətraflarında hamının vərdiş etdiyi sakitliyi təkcə gücləndirilmiş komendant saatı və DİN-in silahlı əsgərlərinin öz intizamı ilə sakitləşdirici əhval-ruhiyyə yaradan postları pozurdu. Lakin bu, daha çox koronavirus pandemiyası dövründən irəli gəlirdi, fövqəladə vəziyyət rejimi həyatımıza elan edilməmiş bioloji müharibə ilə birlikdə daxil olmuşdu. Və əsgər postları korona dövrün bizim, dövlətin iradəsi ilə məhdudlaşdırılan yeni həyatımızın vərdiş olunmuş əlamətlərinə çevrildi. O vaxtdan bəri polis postları dünyanın ən dinc şəhərlərinin küçələrini bəzəyir.

Bakı kriminala tam qalib gələrək dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevrildi…

Müharibə isə mənim altşüurumda Bakıdakı tankçıdır, hansı ki, öz döyüş maşınında qonşuluqdakı marketə siqaret dalınca gedir. Müharibənin hər bir azərbaycanlının həyatına daxil olduğu, hər qapını döydüyü 1992-ci ildə belə idi. Müharibə Bakının zülmətə bürünmüş ətraflarında quldurlar arasında atışmadır. Bu, dövləti sıxışdırıb kənara itələyən kriminal bandaların qiyamıdır. İkinci Qarabağ müharibəsi dövründə isə biz bunların heç birini görmədik. Ona görə ki, Əliyevlərin dörddə bir əsrlik hakimiyyəti dövründə polis dövlətçiliyin sinoniminə çevrildi. Hərçənd cəmiyyətin liberal hissəsinin təsəvvürlərində polis başlıca cəza institutudur. Lakin polisi kobud və amansız qüvvə kimi Berlində, Londonda, Parisdə və Nyu-Yorkda da eynilə bu cür səmimi qəlbdən sevirlər. Asayiş keşikçiləri dövlət lövhəsi altında leqallaşdırılmış zorakılığı özündə təcəssüm etdirir. İlk dəfə 2013-cü ildə Frankfurtda polisin nümayişçiləri dağıdarkən sadist zorakılıq nümayiş etdirdiyini yaxından müşahidə edəndə mən dərk elədim ki, polis və nəzakət bir-birini istisna edən anlayışlardır. Sanki  Budyonnının vəhşi diviziyasını xatırladan London polisinin bütün qəddarlığını britaniyalı anarxistlərə qarşı yönəltdiyini görəndən sonra isə mən Azərbaycan polisinə başqa cür baxmağı öyrəndim.

Hərçən bu artıq dövlətin forması və onun quruluşu barədə dünyamız qədər qədim olan platonsayağı, yaxud sokratsayağı fəlsəfi mübahisələrin təzahürüdür. İnsan azadlığı Azərbaycan vətəndaşının və Britaniya təbəəsinin azadlıqlarının başlandığı nöqtədə bitir.  Azadlıq təhlükəsiz və stabil həyatı pozmalı, xüsusən də istisna etməli deyil. Və bu sakit və ölçülü-biçili həyatı Bakını sakit  cənnətə, ola bilsin Avrasiya regionunun ən təhlükəsiz paytaxtına çevirmiş  Azərbaycan polisi təmin edir.

İstanbul postsovet kriminal qruplaşmalarının “obşakı” ilə dolub, Moskva heç “kriminal qiraətdən” yaxa qurtara bilməyib, “qanuni oğrulara” daimi məhəbbət bəsləyən Tbilisidə sakitliyi gecə cinayətkar bandaları pozur…

Bakıda isə Azərbaycan DİN kriminalın dəf edilməsinin unikal qabaqlayıcı sistemini yarada bilib. Şübhəsiz ki, bu, ən istedadlı Azərbaycan bürokratlarının və əməliyyatçılarının, indiki Daxili İşlər Nazirliyinin arxitektoru Ramil Usubovun xidmətləridir. 15 il ərzinə əməliyyat işinə rəhbərlik etmiş və kriminalitetlə müharibənin ön sıralarında olmuş indiki nazir Vilayət Eyvazovu da o yetişdirib, sükana öyrədib və qabiliyyətlərini üzə çıxarıb. DİN sistemi dövlət orqanizminə yeridilmiş unikal mühafizə spiralıdır. Bir növ immun sistemidir. Orqanizmin kənardan təhdidlərə cavab reaksiyasıdır. DİN-dən başqa istənilən sistemin işində qəza baş verə bilər. Yeni doğulmuş dövlətlərdə immun sisteminin, yəni DİN-in işində qəza dövlət orqanizminin özünün ölümündən xəbər verir. DİN-in ölümü və ya çürüməsi ilə dövlət dayaqlarının dağılması prosesi başlayır.

DİN sistemində şəxsiyyət amili, əvvəllər olduğu kimi, başlıca və həlledici rol oynayır. Sistem nazirin qüsursuz avtoriteti və şəksiz xarizması üzərində qurulub. Azərbaycan sistemində, böyük klassikin dili ilə desək, polisin başçısı çarın çökəri, əsgərin atasıdır. Qədimdən belə deyim var ki, qalibləri mühakimə etmirlər. Və kriminal üzərində qələbənin qazanılmasında və həyat qabiliyyətli, stabil arxa cəbhənin təmin edilməsində möhtəşəm nailiyyətlər, eləcə də Vətən müharibəsinin başa çatmasının ertəsi günü Qarabağda ildırım sürəti ilə inzibati hakimiyyətin formalaşması DİN rəhbərliyinin mübahisəsiz nailiyyətidir. Budur, daha bir tarixi nailiyyət-silahlı qüvvələrin ən döyüş qabiliyyətli hissələrindən birinin-Daxili Qoşunların formalaşması az qala diqqətdən kənarda qalacaqdı. Bu, ordu içərisində ordudur, ola bilsin elə ordu üçün nümunədir. Müasir ordunun necə olduğunu göstərən nümunədir.

Bəli, şübhəsiz ki, istənilən uğurlu sistemdə olduğu kimi, DİN sistemində də problemlər, xətalar, DYP kimi axilles dabanı var. Ancaq ildən ilə DİN rəhbərliyi təkcə sözdə deyil, əməldə də Azərbaycan polisinin simasını dəyişir. Son sayılı illər ərzində Azərbaycan milisinin stereotip simasını da dəyişdirmək mümkün olub. Hündürboylu, əzəmətli, nəzakətli, diqqətcil…Onların hamısı ona, özlərinin hələ gənc olan, cəmi bir neçə gün qabaq 53 yaşı tamam olmuş nazirlərinə oxşamağa çalışırlar.

Əliyevlərin formalaşdırdığı, yumşaq transformasiyanı təmin edən siyasi vərəsəlik ənənəsi  öz uğurunu (ən azından bizim ölkəmizdə və bizim şərq mentalitetimizlə) DİN-də də  sübut edə bilib, hansı ki, sovetdən qalma vərdişlə hələ də Sistem adlandırırlar.

Müəllif: Eynulla Fətullayev

Hamısını Göstər

Related Articles

Back to top button