Gəncə  sakinindən  narkotik aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs  maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button