“Haber Global”: “Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir” – VİDEO

Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir.
Polise.az xəbər verir ki, “Haber Global” telekanalı 27 Sentyabr – Anım Günü ilə əlaqədar süjet hazırlayıb.
Süjetdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.
Qeyd edilib ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.
Vurğulanıb ki, aralarında şəhid yaxınlarının olduğu bir çox insan Bakıdakı Zəfər parkını ziyarət edib. Şəhid məzarlarına çiçəklər qoyulub və dualar edilib.



