İran işğalçı Ermənistan ordusunun PUA-sını məhv etdi

İranın Hərbi Hava Qüvvələri işğalçı Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə “avia.pro” portalı məlumat yayıb.

Bildirilir ki, Ermənistanın PUA-sı İran sərhədini pozduğu üçün zərərsizləşdirilib.

Buna qədər İranın yüksəkçinli ordu rəsmiləri Ermənistana pilotsuz uçuş aparatları və artilleriya zərbələri ilə bağlı xəbərdarlıq etmişdi.

Məlumata görə, pilotsuz uçuş aparatı Azərbaycan-İran sərhədində, Ərdəbil vilayətinin ərazisində məhv edilib.

Vurulan pilotsuz təyyarənin növü açıqlanmasa da, kəşfiyyat dronu olduğu deyilir.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button