Kobaxidzedən ABŞ-yə ittiham: Bu, çevrilişə dəstək deməkdir

“Hakimiyyəti devirmək cəhdləri və zorakılığı qınamamaq hakimiyyəti devirmə və zorakılığı dəstəkləməyin dolayı, amma aydın ifadəsi kimi izah edilə bilər”.
Polise.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, son günlər ərzində heç bir təşkilat və ya dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və Aİ-nin konkret ölkələri xalq tərəfindən seçilmiş hökumətin devrilməsinə yönəlmiş cəhdləri qınayan bəyanat verməyib.
“Gürcüstan prezidentinin iqamətgahına zorakılıqla basqın edilib və bundan dörd gün ötür, məqsəd isə gürcü xalqı tərəfindən seçilmiş hakimiyyəti devirmək idi. Amma bu günlər ərzində bunları tənqid etmək səlahiyyətinə malik heç bir təşkilat və dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və Aİ-nin konkret ölkələri belə bir bəyanat verməyib ki, xalq tərəfindən seçilmiş hakimiyyəti devirmək cəhdi və Gürcüstan prezidentinin iqamətgahına zorakılıqla basqın orada qınılsın. Əksinə, Avropa İttifaqı, BMT və digər subyektlər hətta əks mövqedə bəyanatlar verməyə cəsarət ediblər.
Əlbəttə, hakimiyyəti devirmək cəhdləri və zorakılığı qınamamaq, hakimiyyəti devirmə və zorakılığı dəstəkləməyin dolayı, amma aydın ifadəsi kimi başa düşülə bilər”, – İrakli Kobaxidze vurğulayıb.
Polise.az



