Mingəçevirdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Polis əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib.

Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. Ölkəmizdə “ağ ölüm”ə qarşı ciddi mübarizə aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən uğurlu tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb və gənclərə bu bəladan hər zaman uzaq durmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib.

Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

Hamısını Göstər

Related Articles

Back to top button