Nərimanov rayonunda ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb 

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az-a bildirilib ki, həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib. Hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in 102 – Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button