Növbəti ildən daha çox vergi ödəməli olacaqsınız – Qanun nə deyir? – VİDEO

Gəlir vergisi fiziki şəxslərin əldə etdikləri gəlirlərdən (məsələn, əməkhaqqı, sahibkarlıq fəaliyyəti, dividend, faiz gəlirləri və s.) dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.
Polise.az bildirir ki, Oxu.az-ın “Qanun nə deyir?” rubrikasının bugünkü mövzusu vətəndaşlardan tutulacaq gəlir vergisinin artımı ilə bağlıdır.
2027-ci ildən əməkhaqqı alan şəxslər üçün gəlir vergisinin hesablanması qaydasında dəyişiklik olacaq.
Bəs gəlirimizdən nə qədər vergi tutulacaq?
2027-ci il yanvarın 1-dən aylıq gəliri 2 500 manatadək olan şəxslərdən 5 faiz gəlir vergisi tutulacaq.
2 500 manatdan 8 000 manatadək gəliri olanlar isə 125 manat və 2 500 manatdan yuxarı məbləğin 10 faizi qədər vergi ödəyəcəklər.
Aylıq gəlir 8 000 manatdan çox olduqda isə vergi 675 manat və 8 000 manatdan yuxarı hissənin 14 faizi olacaq.
2028-ci il yanvarın 1-dən isə 2 500 manatadək gəlirə tətbiq edilən vergi dərəcəsi 7 faizə yüksələcək. Bu halda 2 500-8 000 manat aralığında gəlirlər üçün sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat olacaq.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button