Pezeşkian Amerikaya “1 milyonluq” SUAL və SƏRT CAVAB VERDİ…

“Amerika İranı məhv etmək, yıxmaq və çökdürmək xülyasını ancaq yuxusunda görə bilər…”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin rəhbərliyinə qarşı növbəti dəfə sərt və ittiham dolu bəyanatla çıxış edib.

Polise.az xəbər verir ki, bu barədə məlumat rəsmi İran mənbələrində, o cümlədən “ISNA agentliyi” və ölkənin nüfuzlu media resurslarında yer alıb.

Məlumata görə, Tehranda keçirilən “Turizm Həftəsi” tədbirləri çərçivəsində çıxış edən dövlət başçısı İranın minillik sivilizasiya tarixinə toxunaraq Vaşinqtonun təhdidlərinə mədəni irs üzərindən cavab verib.

Pezeşkian ABŞ-nin ölkəsini hədəf alan siyasətini tənqid edərək iki ölkənin tarixi keçmişini müqayisə edib:

“İranın bir milyon tarixi abidəsi var, onlardan 43 mini rəsmi qeydiyyata alınıb. Bəs Amerikanın neçə tarixi abidəsi var ki, bəşər sivilizasiyasına arxa dursun? O zaman onlar belə bir sivilizasiya keçmişi və dünya sivilizasiyasında kökləri olan tarixi abidələri ilə bizi yox etmək istəyirlər?..”

Düşmən güclərin sanksiyalar və təzyiqlərlə ölkəni daxildən sarsıtmağa çalışdığını, lakin buna nail ola bilməyəcəklərini vurğulayan İran prezidenti xalqın müqavimət gücünə inandığını bildirib:

“Biz bu tarixi yenidən quracağıq və bu böhranlardan qürurla çıxacağıq. Amerika İranı məhv etmək, yıxmaq və çökdürmək xülyasını ancaq yuxusunda görə bilər”.

Qeyd edək ki, beynəlxalq ekspertlər və regional analitiklər Pezeşkianın son dövrlərdə ABŞ və İsraillə yaşanan hərbi-siyasi gərginlik fonunda sivilizasiya və mədəniyyət kartından kəskin ritorika vasitəsi kimi istifadə etdiyini bildirirlər.

S.Laçın

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button