Pakistan Əfqanıstana hava hücumu nəticəsində 22 terrorçunun məhv edildiyini bildirib

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstandakı mövqelərə endirilən zərbələr nəticəsində 22 terrorçunu məhv edib.
Polise.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya Nazirliyi məlumat yayıb.
“Etibarlı kəşfiyyat məlumatlarına əsasən, Əfqanıstanın iki bölgəsində “Fitnə əl-Xəvaric” və “Fitnə əl-Hindistan” və əlaqəli birləşmələrin düşərgələrinə və sığınacaqlarına dəqiq zərbələr endirilib. Bütün hədəflər vurulub, çoxlu sayda silah-sursat məhv edilib”, – açıqlamada bildirilib.
Polise.az



