Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Polis.az” saytına bildirilib ki, şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button