Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Ford Tranzit” markalı
yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi
əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən
sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi
müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında
olması sübuta yetirilib. B.Əskərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və
məhkəməyə göndərilib.

Quba rayon məhkəməsinin qərarına əsasən həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs
olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button