Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə,  Quba Rayon  Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba Poçt filialının 1-ci Nügədi poçt şöbəsinə maddi ziyan  vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button