Qusar sakinindən narkotik vasitə aşkarlanıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında
şübhəli bilinən rayon sakini Ramin Ramazanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman
narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Back to top button