Türk dünyasının ulu şairi – Əlişir Nəvai – 580

Nizaməddin Mir Əlişir Nəvayi OmumtOrk ədəbiyyatı­nın ən böyük, ən ulu şairidir. O, ortaq mədəniyyət və ədə­biyyat tariximizdə misilsiz, tayı-bərabəri olmayan bir dü­hadır. Türk tarixində hələ heç bir sənətkar onun qədər par­laq irs yaratmamış, onun qə­dər zənginmiras qoyub get­məmişdir. Nəvayi həm de türk dünyasının böyük dövlət xadimi, siyasət və fikir ada­mıdır.

Nəvayi son dərəcə mürək­kəb bir dövr və münbit mühit­də yetişmişdir. Teymurilər səltənətinin bütün ehtişamı ilə ayaqda olduğu, elm və mədə­niyyətin sürətlə inkişaf etdiyi həmin dövr Orta Asiya tarixi­nin ən maraqlı və parlaq döv­rüdür. Qismətdən Nəvəyinin ailəsi aristokratik dairələrə yaxınlığı sayəsində saray ər – kam zümrəsinə daxil olmuş­dur. Onun babası Əbu Səid Çəng və atası Qiyasəddin Kiçkinə həmin dövrün siyasi və hərbi xadimləri kimi teymu­rilər xanədanına mənsub sul­tanların yanında xidmət etmiş, bəylərbəyi və əmir olmuşlar. Nəvayi özü isə gələcəyin ünlü şairi və hökmdarı Sultan Hü­seyn Bayqara ilə eyni mədrə­sədə oxumuş, mühüm elm və mədəniyyət mərkəzləri olan Mərv, Məşhəd, Səmərqənd və Heratda təhsil almış, özəlliklə Şeyx Kəmali Türbəti və Xacə Fəzlullah Əbül-Leysidən çox şey öyrənmişdir. Müəllimi Mir­zə Əbülqasim, yaxın dostları Həsən Ərdəşir və Lüfti onu türkcə yazmağa təşviq etmiş­lər. Üstəlik, Qəbuli və Qəribi təxəllüsü ilə türkcə şeirlər ya­zan iki dayısı da dil baxımın­dan ona böyük təsir göstər­mişdir. Sultan Hüsyn Bayqara He­ratı alınca Nəvayini yanına çağıraraq, ona möhrdar vəzi­fəsini vermişdir. 1472-ci ildə 31 yaşında ikən əmir rütbəsi­nə layiq görülən Nəvayi sa­rayda divanbəyi, Heratda na­ib, Əstərabadda vali, axırda isə Bayqaranın vəziri və nədi­mi olmuş, bütün vəzifələrdə can-başla çalışaraq, dövlətə sədaqətlə xidmət etmişdir. Ağır dövlət işləri, qanunsuzluq və ədalətsizliyə qarşı mübari­zə ona çoxlu düşmən qazan­dırmış, səhhətinə mənfi təsir göstərmiş, aradabir sultanla münasibətlərinin gərginləş­məsinə səbəb olmuşdur. La­kin Nəvayi bütün bu maneələ­rə baxmadan yazıb-yaratmağa davam etmiş, bir-birindən gö­zəl əsərlər meydana gətirmiş­dir.

Şair 1476-cı ildə dostu və həmkarı Əbdürrəhman Cami- nin təklifi ilə nəqşibəndi təri­qətinə daxil olmuşdur. 1489- cu ildə dostu Seyid Həsən Ər- dəşirin ölümü, həmin il Bəlx valisi olan qardaşı Dərviş Əli­nin dövlətə qarşı üsyanı, 1492-ci ildə Əbdürrəhman Caminin vəfatı, saray çəkişmələ­ri, Hüseyn Bayqara ilə oğlu Bədiüzzaman arasındakı hərbi qarşıdurmalar Nəvayini fizi­ki və mənəvi cəhətdən sarsıt­mışdır. O, şair-hökmdar dostu ilə oğlu arasında barışıq ya­ratmaq üçün çox çalışmış, la­kin buna nail ola bilməmişdir.

Bu intriqalar nəticəsində Sutan Hüseyn Bayqaranm nəvə­si, yəni Bədiüzzamanın oğlu şəhid olmuşdur. Bayqaranm o biri arvadı öz oğlunu taxta ke­çirmək məqsədilə Bədiüzzamanın oğlunu aradan götürmək üçün qəddar və sinsi bir plan qurmuş, zil-sərxoş olar sultana nəvəsinin edam fərmanını imzalatmışdır. Bayqa­ra həqiqəti öyrənəndə artıq iş-işdən keçmişdir. Bu qorxu”: hadisə Bayqara qədər Nəvayini də can evindən vurmuş, on­suz da zəif olan səhhətm büsbütün korlamışdır. Özürə yer tapa bilməyən Əlişir Nəvayi 1498-ci ildə Məşhəcə getmiş, oradan da həccə yola düşmək istəmiş, lakin yolların təhlükəli olması üzündən bu planını gerçəkləşdirə bilmə­mişdir. Ömrü boyu evlənmə­yən, ailə səadətinin, oğu – uşaq sevincinin nə olduğu bilməyən Nəvayi dərin br bədbinliyə qapılmış, 3 yanvar 1501-ci ildə Heratda vəfat et­miş və Qüdsiyyə camisin yanında hələ öz sağlığında hazırlatdığı yerdə dəfn olun­muşdur. Qədirbilən dostu Sul­tan Hüseyn Bayqara şairin ölümünə dərindən üzülmüş və ölkə üzrə milli matəm elan et­mişdir. Nəvayi çağatay dövrünün və ədəbiyyatının ən böyük şairidir. Çağatay termini barə­də bir neçə kəlmə demək la­zımdır. Çağatay (1227-1242) Çingiz xanın ikinci oğludur. Atasının ölümündən sonra onun payına düşən torpaqlar­da qurulan dövlətin, siyasi sistemin, mədəniyyətin, nəha­yət, dilin adıdır. Çağatayın və övladlarının hakimiyyəti 1370- ci ilə qədər davam etmiş, hə­min il fə’lən Əmir Teymurun əlinə keçmişdir. Lakin Çingiz yasasına görə xanlıq, yəni ali hakimiyyət zahirən, formal olaraq Çağatay soyundan biri­nin əlində imiş kimi davam et­mişdir. Bunun bir səbəbi də Teymurun xan deyil, əmir ol­ması idi. Əmir Teymur hər də­fə monqol soyundan birini rəsmən taxta çıxarmış, lakin dövləti faktiki olaraq özü idarə etmişdir. Dövlətdə monqol dövrü tamamilə bitdikdən son­ra da mədəniyyət və dil hələ uzun müddət ətalətlə çağatay mədəniyyəti və dili adlandırıl- maqda davam etmişdir. Tey­mur soyundan gələn sultanla­ra və şahzadələrə mirzə deyə (‘əmirzadə’ sözünün qısaldıl­mış şəlki) xitab edilmişdir.

Nəvayinin əsərlərini divan­lar, xəmsə, təzkirələr, dil-ədəbiyyat, dini-əxlaqi, tarixi əsər­lər və bioqrafik əsərlər, habe­lə sənədlər olmaqla səkkiz qrup halında toplamaq müm­kündür. Bunlar arasında şairin divanları xüsusi yet tutur. Dör­dü türkcə, biri farsca olan bu divanların hamısı dərindən araşdırılmışdır. Şərq ədəbiy­yatında dörd divan yazıb tərtib etmək ən’ənəsi xəmsə yaz­maq qədər vacibdir. Buna çar- divan, yəni çahar divan, yəni dörd divan deyilir.

Şairin uşaqlıq və yeniyet- məlik çağında yazdığı “Qəraib üs-siğər” (“Uşaqlıq çağının qə­ribəlikləri”) adlı divanında 650 qəzəl (4.975 beyt), 1 müstə- zad (7 beyt), 3 müxəmməs (57 beyt), 1 müsəddəs (27 beyt), 1 məsnəvi (148 beyt), 1 tərci- bənd (100 beyt), 50 qitə (138 beyt) və 133 rübai (266 beyt) vardır. Bu divanda müxtəlif janrlarda 840 şeir və ya 5.718 beyt toplanmışdır.

Gənc yaşlarında qələmə aldığı ‘Nəvadir üş-şəbab’ (“Gənclik çağının nadirəliklə- ri”) adını daşıyan divana 650 qəzəl (4.998 beyt), 1 müstə- zad (7 beyt), 3 müxəmməs (52 bəyt), 1 müsəddəs (27 beyt), 1 tərcibənd (103 beyt), 1 tərki- bənd (56 beyt), 50 qitə (126 bəyt), 52 (54 beyt) müəmma daxildir. Bu divandakı şeirlə­rin ümumu sayı 759, beytlərin sayı 5.423-dür.

“Bədayi ül-vəsət”(“Orta yaş çağının gözəllikləri”)adlı üçüncü divan 650 qəzəl (5.001 beyt), 1 müstəzad (7 beyt), 2 müxəmməs (30 beyt), 2 müsəddəs (42 beyt), 1 tərci­bənd (56 beyt), 1 qəsidə (91 beyt), 60 qitə (127 beyt), 10 loğaz (40 beyt) və 13 tuyuğ- dan (26 beyt) ibarətdir. Şairin 35-45 yaşları arasında yazdığı bu divana cəmi 740 şeir (5.420 beyt) daxildir. Əlişir Nəvayinin son divanı “Fəvaid ül-kibər” (“Qocalıq ça­ğının faydalı öyüdləri”) adla­nır. Burada şairin 650 qəzəli (5.029 beyt), 1 müstəzadı (7 beyt), 2 müxəmməsi (37 beyt), 1 müsəddəsi (21 beyt), 1 mü- səmməni (28 beyt), 1 tərci- bəndi (110 beyt), 1 saqinamə- si (458 beyt), 50 qitəsi (112 beyt), 86 müfrədi (86 beyt) vardır. Bunlar onun həyatının son dövrlərində qələmə aldığı əsərlərdir. Bu divan üzrə şeir­lərin cəmi 793, beytlərin sayı 5.888-dir. Beləliklə, şairin türkcə divanları üzrə 2.600 qəzəli (20.003 beyt), 4 müstə- zadı (28 beyt), 10 müxəmməsi (177 beyt), 5 müsəddəsi (117 beyt), 1 müsəmməni (28 beyt), 4 tərcibəndi (369 beyt), 1 tərkibəndi (56 beyt), 1 məsnəvisi (148 beyt), 1 saqina- məsi (458 beyt), 210 qitəsi (503 beyt), 133 rübaisi (266 beyt), 52 müəmması (54 beyt), 10 loğazı (40 beyt), 13 tuyuğu (26 beyt), 86 müfrədi (86 beyt), 1 qəsidəsi (91 beyt) və 210 qitəsi (503 beyt) var­dır.

Fars dilində Fani təxəllüsü ilə yazdığı divanda 468 qəzəl, 1 müsəddəs, 36 qitə, 67 rübai, 16 tarix, 341 müəmma, 84 müfrəd və 6 loğaz yer alır. Bu da türkcə və farsca divanlarda janrlar üzrə cəmdə 3.068 qə­zəl, 4 müstəzad, 10 müxəm­məs, 6 müsəddəs, 4 tərci­bənd, 246 qitə, 497 müəmma, 170 müfrəd, 16 loğaz, 13 tu- yuğ, 16 tarix, bir neçə tərki- bənd, qəsidə və s. deməkdir.

Böyük şairin ‘Məcalis ün- nəfais“, ‘Nəsaim ül-məhəb- bəfadlı iki təzkirəsi onun ya­radıcılığında mühüm yer tutur, çünki onlarda o dövrün gör­kəmli adamları haqqında son dərəcə qiymətli məlumatlar var, birincidə 459, ikincidə 770 şəxsin mükəmməl bioqra­fiyası verilmişdir. Bunlar türk­cə yazılan ilk təzkirələr, Dövlətşah Səmərqəndinin Təzki- rət üş-şüera’ əsərindən sonra ilk sanballı mənbələrdir. Şai­rin dildən və əruzdan bəhs edən “Mühakimot ül-lüğəteyn’ və ‘Mizan ül-övzan’ kitabları dilimizə çevrilsə də, bunu ədəbiyyatdan bəhs edən ‘Ri- saleyi-müəmma’əsəri haqqın­da dəmək mümkün dəyil. Bö­yük mütəfəkkirin dini-didaktik əsərləri onun fəlsəfi görüşləri­ni əks etdirməsi baxımından çox maraqlıdır. Bunlardan “Münacat”, ‘Çəhei hədis”, ‘Li- san üt-təyr”, “Nəzm üi-cəva- hir”, “Sirac Ol-müslimin”, ‘Məhbub ül-qülub’xüsusile diqqətəlayiqdir. Eyni sözləri onun tarixi əsərləri(“Tarixi-ən- biya və hükəma”, “Tarixi-mü- luki-əcəm”) haqqında da dəyə bilərik. Nəvayinin bioqrafik (“Haləti-Seyyid Həsən Ərdə- şir”, ‘Xəmsət ül-mütəhəyyi- rin”, ‘Haləti-Pəhləvan Məhəm­məd”) və sənədli əsərləri də (“Münşəaf və “Vəqfiyyə”) son dərəcə böyük maraq kəsb edir.

Hamısını Göstər

Related Articles

Back to top button