YAP-ın strukturlarının səlahiyyətlərində dəyişiklik olunur

Yeni Azərbaycan Partiyasının strukturlarının səlahiyyətlərində dəyişiklik edilir.

Polise.az xəbər verir ki, bu barədə partiyanın yeni nizamnaməsində qeyd edilib.

Nizamnamədə dəyişikliyə əsasən, struktur üzvlərinin səlahiyyət müddəti 5 il deyil, növbəti qurultay keçirilənədək olacaq.

Digər dəyişikliyə əsasən, partiyanın Təftiş Komissiyasının növbədənkənar qurultay çağırmaq səlahiyyəti ləğv edilir. Komissiya bunun üçün İdarə Heyətinə müraciət edəcək.

Daha bir dəyişikliyə görə, Veteranlar Şurası sədrinin müavinlərinin sayı 1-dən 2-yə artırılır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button