Kaliforniyada iri miqyaslı yanğın baş verib – Sakinlər təxliyə edilib

ABŞ-nin Kaliforniya ştatında təbii yanğın səbəbindən bir neçə rayonun sakinlərinin təxliyəsi elan edilib.
Polise.az ştatın yanğınsöndürmə xidmətinə istinadən xəbər verir ki, yanğın Los-Anceles dairəsində qeydə alınıb.
Yanğın hazırda təxminən 287 hektar ərazini əhatə edib. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Yanğınla mübarizə üçün yerüstü yanğınsöndürmə briqadaları və aviasiya iştirak edir.
Polise.az



