Gürcüstanla dövlət sərhədi komissiyasının tərkibi dəyişdirildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinin yenilənməsi ilə bağlı sərəncam imzalayıb.

Polise.az xəbər verir ki, Sərəncamda deyilir:

“1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 373 (Cild I) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Qax Rayon İcra Hakimiyyətinin başçısı

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Samux Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”nin sədri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Gürcüstan tərəfinə bildiriş göndərsin”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button