Vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından şəxsi məqsədlər üçün istifadə edə bilməyəcəklər

Vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsinə qadağa qoyulması təklif olunur.

Polise.az xəbər verir ki, qanun layihəsinə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və maddi-texniki təchizat avadanlıqlarından xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün istifadə edə bilməyəcəklər.

Bundan başqa, vəzifəli şəxslərin xidməti funksiyalarının icrası zamanı əldə etdikləri məlumatlardan özlərinin və ya üçüncü şəxslərin xeyrinə istifadə etməsi də qadağan edilir.

Bu məhdudiyyət vəzifəli şəxsin qulluq etdiyi müddətdə və vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra da qüvvədə olacaq.

Layihədə qeyd olunur ki, xidməti məlumatlardan şəxsi məqsədlər üçün istifadə maraqlar toqquşmasına səbəb ola biləcək hallardan biri hesab edilir.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button