Gömrük orqanlarında xidmətlə bağlı Əsasnaməyə yeni maddə əlavə edilir

Azərbaycan Respublikasında gömrük orqanlarında xidmətin təşkili ilə bağlı qanunvericiliyə yeni müddəa əlavə edilməsi təklif olunur.

Polise.az xəbər verir ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə 53-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.

Yeni maddəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bununla yanaşı, Əsasnamənin 52-ci və 53-cü maddələri də yeni redaksiyada təqdim olunur. Dəyişikliklər gömrük əməkdaşlarının başqa işə keçirilməsinin əsaslarını, o cümlədən rotasiya və aşağı vəzifəyə keçirilmə hallarını əhatə edir.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button