Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri ikitərəfli münasibətləri müzakirə ediblər

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev türkiyəli həmkarı Ahmet Yıldızla görüşüb.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Səfir Ahmet Yıldız Azərbaycanın daimi nümayəndəsi səfir Əliyevlə görüşüb. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 26-da Ahmet Yıldız etimadnaməsini BMT-nin Baş katibi Antoniu Quterrişə təqdim edərək vəzifəsinin icrasına başlamışdı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button