Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

zərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

Polise.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button