Danışıqlardan imtina edən Ermənistanın masaya qayıtması – İrəvan “val”ı dəyişdi

Avropa ölkələrindən kömək gözləyən Nikol Paşinyanın seçkiqabağı vurnuxmaları davam edir; Azərbaycanın qətiyyətli mövqeyi erməniləri çıxılmaz vəziyyətə salıb; politoloq: “Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq, bu dəhliz açılacaq”.

Ermənistan bir müddət əvvəl üçtərəfli danışıqlardan imtina etdiyini bəyan etsə də, çox keçmədən yanlış mövqeyindən geri çəkilməli oldu. Belə ki, iyunun 2-də İrəvan öz təmsilçilərini Rusiya paytaxtına göndərməyə məcbur oldu.

Bu barədə yayılan rəsmi məlumata görə, 2 iyunda Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib, bu məsləhətləşmələrdə Ermənistan və Azərbaycanın ayrı-ayrı sərhəd rayonlarında vəziyyətin deskalasiyası yolları müzakirə edilib. “İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib, – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvarında Rusiya prezidenti Vladimir Putin danışıqlardan imtinanın intihara bərabər hadisə ola biləcəyi haqda xəbərdarlıq etmişdi. Ermənistandakı revanşistlərin təzyiqlərinə rəğmən baş nazir Nikol Paşinyan vaxtaşırı 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsinin vacibliyindən bəhs edirdi. Paşinyan bir sıra hallarda kommunikasiyaların açılmasının Ermənistana faydaları haqda da danışmaqla əleyhdarlarının arqumentlərini zəiflətməyə çalışsa da, bəzən o da kapitulyasiya sənədinə imza atdığını “unudaraq” radikal bəyanatlar səsləndirirdi. N.Paşinyan Fransada olarkən prezident Makrondan hətta Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqla bağlı sərsəm istəyini də dilə gətirdi.

Rusiya, Azərbaycan və Ermənistan danışıqlar apardı - Azvision.az

Heç şübhəsiz Paşinyan Fransa və ardınca Belçikaya səfərləri zamanı seçkiqabağı dəstək qazanmağa cəhd göstərirdi. Ancaq erməni diasporu arasında nüfuzunu itirmiş Nikolun Fransadakı ermənilərin etirazı ilə üzləşməsi onun durumunun heç də yaxşı olmadığı qənaətini yaradır. İstisna deyil ki, N.Paşinyan Qərbdəki dairələrdən kifayət qədər dəstək qazana bilmədiyini anladığı üçün “val”ı dəyişərək nümayəndələrinin Moskva görüşünə qatılmasına razılıq verib. Həmçinin Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın maraqlarına cavab vermir, burada bölgənin digər ölkələrinin də ciddi gözləntiləri var. Odur ki, prosesi tormozlamağa Ermənistanın nə gücü, nə iradəsi çatmaz. Üstəlik, 44 günlük müharibədən sonra bölgədə prosesləri diktə edən ölkə Azərbaycandır və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proseslərdə də dövlətimizin qətiyyəti öz sözünü deyir. Ermənistanın son günlər sərhəd bölgəsində davamlı təxribatlara əl atmasına Azərbaycanın təmkinli münasibətini Rusiyada da yaxından təqib edirlər. Moskva görür ki, Azərbaycan həm anlaşmalara əməl edir, həm də erməni təxribatına olduqca soyuqqanlı yanaşır. Əks təqdirdə, Azərbaycan əsgəri Kəlbəcər istiqamətində yolları minalayan 6 erməni hərbçini yerindəcə məhv edər, yaxud iki gün əvvəl sərhədlərimizin içərilərinə 400 metr soxulan 40 erməni hərbçini də geri qovmaz, onlarla elə qanunun tələb etdiyi qaydalarla davranardı.

Ermənistan və KTMT: İtirilmiş imkanlar və strategiyasız gündəm

Azərbaycanla həmsərhəd bölgələri təmənnasız olaraq Rusiyanın ixtiyarına verən Ermənistan Azərbaycan və Rusiyanı üz-üzə qoymaq üçün bütün cəhdlərini işə salıb. Davamlı şəkildə Rusiya və KTMT-dən yardım istəyən rəsmi İrəvan istəyinə nail ola bilmədiyi üçün bu dəfə Rusiyanın Ermənistandakı səfirinin Zəngəzura səfərini təşkil edib. Məlumata görə, Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin işgüzar səfərlə Zəngəzura (Syunik) gəlib. Rusiyanın Ermənistandakı səfirliyinin məlumatına görə,  Gorus-Qafan magistral yolu boyunca sərhəd hissəsində olan erməni və rus sərhədçilərin xidmətləri, eləcə də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin əməkdaşlarının həyata keçirdiyi tapşırıqlarla tanış olub. Zəngəzur Syunik bölgəsinin Kapan şəhərinin meri Gevorg Parsyan bölgənin təhlükəsizliyin təmin olunmasında sərhədçilərin iştirak etdiklərinə görə Rusiyaya təşəkkür edib. Erməniləri daha çox əndişəyə salan Azərbaycan əsgərinin Zəngəzurun digər hissəsinə nəzarət imkanına sahiblənməsidir. Ermənistanda hələ də çoxluq anlamaq istəmir ki, bu torpaqlar tarixi Azərbaycan əraziləridir, ancaq hələlik Azərbaycan əsgəri, sadəcə, ölkəmizin sərhəd bütövlüyünü qoruyur, başqa istəyi yoxdur.

Ermenistan Başbakanı Paşinyan: Macron ile 'Türkiye'nin Karabağ konusundaki saldırgan tutumunu' görüştük - Sputnik Türkiye

Bu arada müxtəlif çevrələr ermənilərin şivəninə reaksiya verərək, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə qıcıqlı reaksiyalar verməkdədir. Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Avropa Şurasının Prezidenti tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməyə çağırıb. AŞ-nin bəyanatında qeyd olunur: “Ermənistan və Azərbaycan tərəfindən 2020-ci il noyabrın 9-da imzalanmış atəşkəs bəyanatının tam icrası bölgənin təhlükəsizliyi və sülhü üçün çox vacibdir. Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində mütəxəssis bilikləri verməyə, qarşılıqlı etimadın gücləndirilməsinə dəstək verməyə hazırdır”.

 ATƏT Baş katibi Helga Maria Şmid isə ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Bu barədə Helga Maria Şmid tviter mikrobloqunda yazıb.  “ATƏT-in Minsk Qrupu həmsədrləri və şəxsi nümayəndəsi Kasprşiklə ilk dəfə görüşdüyüm üçün şadam. Onların davamlı səylərini və iştiraklarını tamamilə dəstəkləyirəm”, – Şmid qeyd edib. Hələ də qəbul etmək istəmirlər ki, Minsk Qrupu Azərbaycan üçün keçmişdə qalıb…

Ancaq eyni vaxtda Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı təbrik məktubunda da Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrindən bəhs etməsi təəssüf doğurur. Əslində dünya paytaxtları anlamalıdırlar ki, təhlükəsizliyi təhdid edən Ermənistandır və Azərbaycan təkbaşına regiondakı faşizm meyllərinin məhvinə mühüm töhfə verib. Bütün bunlardan sonra rəsmi Bakı Ermənistanı da əhatə edən regional əməkdaşlıq layihəsini təklif edib ki, Zəngəzur dəhlizinin açılması bunun vacib kompanentidir. Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da “Putin əmindir ki, Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativ yoxdur” demişdi. Hər halda, Ermənistan rəhbərliyinin və cəmiyyətinin seçim etmək imkanı var. Onlar ən azı Levon Ter-Petrosyanın “xilas düsturu”na diqqət etməlidirlər. Əks təqdirdə, özlərini uçuruma aparacaqlar.

Qafar Çaxmaqlı: “Azərbaycanlılara Ermənistanda muxtariyyət verilməlidir” - VİDEO

Qafar Çaxmaqlı

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, İrəvanın öhdəliklərdən imtinası mümkün deyil: “Zəngəzur dəhlizinin açılması ilə bağlı iki üçtərəfli (10 noyabr 2020 və 11 yanvar 20210 tarixli) razılaşma var və bunun üçün baş nazir müavinləri səviyyəsində komissiya da yaradılıb. Bildiyimə görə, xüsusi bir plan da hazırlanıb.  Ermənistanın bu məsələ ilə bağlı seçki ərəfəsində manipulyasiya etməsi göz qabağındadır. Ermənistanın baş naziri müavininin danışıqlardan çəkilmə  ilə bağlı dedikləri, sadəcə, bir açıqlamadır, daha çox iç siyasətə hesablanıb və Ermənistanın bu işə razı olmadığı anlamına gəlməz. Digər tərəflər onu məcbur edəcəklər, göründüyü kimi, Rusiya bunu qəbul etməyib və Ermənistanı məcbur edəcək”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan bu işin müqabilində  Azərbaycanda əsir tutulan terrorçuları geri almaq istəyir: “Bu, Ermənistanda seçki ərəfəsində Paşinyanın qələbəsini təmin edəcək faktordur.  Amma görünür, dəhlizin açılması uzanacaq, çünki burada yolun və digər kommunukasiya xətlərinin çəkilməsi həm böyük xərc, həm də zaman tələb edir.  Türkiyə artıq Qarsdan Naxçıvana uzanacaq dəmir yolunda tikinti işlərini sürətləndirib”. Ekspert vurğuladı ki, bu işə mane olmaq istəyən dövlətlər var: “Onlardan biri İrandır. Çünki Tehran da bu layihədən nə isə əldə etmək istəyir. Həm də İran  Azərbaycanın Qərb ərazilərini Naxçıvana bağlayan ərazisində su anbarı tikib. İndi onu ləğv etmək çətinliyi yaranıb. Komissiya başqa bir yerdən yol açılması ilə bağlı müzakirə aparıb. Bu yol daha şimaldan olacaqsa, Ermənistanın bir hissəsi qopuq vəziyyətə düşəcək, Zəngəzurun bu hissəsindəki gərginlik də bununla əlaqədardır. Paşinyan buraya gizli və açıq səfərlərinin sayını artırıb. Oradakı görüşlərində əhalini  təhlükəyə düşməyəcəklərinə inandırmağa  çalışır. Ermənistan bu işi mümkün qədər uzatmağa  çalışacaq”. Politoloq əmindir ki, Fransa və digər ölkələrin dövriyyəyə soxulması da Moskva və Bakının planlarını bir qədər uzatmaq məqsədi daşıyır. “Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq, bu dəhliz açılacaq. Onu məcbur edəcəklər. Ermənistan buna qarşı gedə bilməz. Çünki bizim əlimizdə Laçın koridorunu bağlamaq kimi bir vasitəmiz var. Həm də bu dəhlizin açılması bir çox region ölkələrinin iqtisadi maraqlarını təmin edir, o cümlədən Ermənistanın. İndi buna siyasi olaraq baxılır, zaman keçdikcə, onun iqtisadi əhəmiyyətini anlayacaqlar”, – deyə, Q.Çaxmaqlı əlavə etdi. 

Ancaq görünür, hələ də Ermənistanda reallığı doğru-dürüst anlamayanlar kifayət qədərdir. Özü də revanşistlər cəbhəsində yer alanlar sırasında bölgədə daim gərginliyi tətikləyən, sülh əvəzinə, qan-qadanı təbliğ edən erməni kilsəsi də var. Budur, bütün ermənilərin katolikosu II Qareginin bu gün – iyunun 3-də Zəngəzur və Qarabağa səfər edəcəyi barədə xəbər yayılıb. Qaregin Zəngəzurda olacaq, Şurnuxu kəndinə gələcək, daha sonra Laçın dəhlizindən keçməklə Qarabağa yol alacaq. Onun kimdən icazə aldığı məlum deyil. Faktiki olaraq erməni keşiş qanunları pozmuş olacaq. Məntiqlə, Qaregini də 6 erməni hərbçinin taleyi gözləyə bilər. Hər halda, beynəlxalq təcrübədə səfərlərin həyata keçirilməsi qaydası var… Qaregin Qarabağda bir neçə gün qalmaq niyyətindədir. Unutmamışıq, Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşənlər arasında erməni keşişlər də var idi, hətta onlardan biri əsir düşmüşdü. İndi də baş keşiş gəlir, aranı qarışdırmağa… Rusiya sülhməramlıları belə təxribatçıları Laçın dəhlizindən Azərbaycana buraxmaqla qanunsuzluqlara ortaq olurlar…

Hamısını Göstər

Related Articles

Back to top button