İmişli Rayon Polisi, şəhid, Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Abas Şahbazovun ailəsini ziyarət ediblər.

Rayonun Qulubəyli kəndində baş tutan görüşdə şöbə əməkdaşları əvvəlcə
şəhidimizin böyüyüb boya-başa çatdığı evdə olublar, ailə üzvlərinin qayğıları ilə
maraqlanıblar. Daha sonra isə şəhid hərbi qulluqçunun məzarını ziyarət olunub,
önünə əklil qoyulub, çiçək dəstələri düzülüb.
Həmçinin şöbə əməkdaşları eyni kənddə anadan olan və 1990-cı illərdə
mənfur düşmənlərimizə qarşı mərdliklə vuruşaraq Hadrut rayonunun Şaqax
kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan şəhid polis əməkdaşı, Milli
Qəhrəman İmamverdi Əliyevin məzarını da ziyarət ediblər. Vətən oğlunun
məzarının önünə gül-çiçək dəstələri düzən polislər, onun əziz xatirəsini ehtiramla
yad ediblər.
Şəhid ailələri ilə görüşdən sonra polis şöbəsinin kollektivi torpaqlarımızın
azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirələrinə həsr
olunmuş ağacəkmə aksiyasında iştirak ediblər. Əvvəlcə əməkdaşlar tərəfindən əkin
üçün lazım olan quyular qazılıb, daha sonra rayonun iqlim şəraitinə daha uyğun və
dözümlü olan şam ağacları əkilib. Bundan əlavə, ağacların küləkdən qorunması və
normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button