Mingəçevirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Mingəçevir Şəhər  Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Ağdam rayon sakini Cavid Abbaszadənin idarə etdiyi  “Mercedes” markalı avtomobilin ön dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün  yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

Polis şöbəsində C.Abbaszadə barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə barəsində qanunamüvafiq tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button