Quba polisi peşə liseyində maarifləndirmə tədbiri keçirib

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Quba şəhər peşə liseyində “Gəncliyimizi
narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin
əməkdaşları, rayon gənclər idarəsinin və rayon mərkəzi xəstəxanasının nümayəndələri, eləcə də
liseyin pedaqoji heyəti, tələbələri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, görüşdə
çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz
dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu
istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə
tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin cari il ərzində rayon polis şöbəsinin əməkdaşlarının
narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik
vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov “ağ ölüm”ə qarşı
mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq
tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından
bəhs edən videoçarxlar nümayiş olunub.

Hamısını Göstər

Related Articles

Back to top button