Ukraynanın gücü tükənir

Ukraynanın müharibə zamanı itkiləri ilə bağlı təsadüfən sızan həqiqət ABŞ-ın Rusiyaya qarşı mübarizədəki mövqeyinin dalana dirəndiyini üzə çıxarıb.

Bu sözləri siyasi şərhçi Stiven Brayan “Asiya Tayms”dakı məqaləsində qeyd edib.

“Prezident Co Bayden kursunu dəyişməsə, o, prezidentliyinin sonunu gətirəcək milli təhlükəsizlik böhranı ilə üzləşəcək”, – deyə müəllif xəbərdarlıq edib.

O vurğulayıb ki, Ukraynada hərbçi çatışmır, infrastruktura hücumlar nəticəsində çox böyük itkilər verilir, milyonlarla vətəndaş ölkəni tərk edib.

Brayan Ukrayna Silahlı Qüvvələrinin təqribən 198 min nəfər olduğu barədə məlumatlara istinad edərək, Prezident Vladimir Zelenskinin itkilərə görə ciddi böhranla üzləşdiyini, ehtiyatların da tədricən tükəndiyini vurğulayıb.

“Avropalılar açıq şəkildə bildirdilər ki, onların resursları kritik həddə düşüb və Ukraynaya tədarüklər mümkün olmaya bilər. Onların yüksək texnologiyalı silahlarını bir kənara qoyaq, hətta 155 millimetrlik mərmisi də yoxdur. Buna görə də Tayvana hərbi təchizat dayandırıldı – nə HIMARS sistemləri, nə F-16 qırıcıları, nə də uzaq mənzilli artilleriya alacaq.

Aydındır ki, ABŞ-ın özündə belə silahlar yoxdursa, Konqres Ukraynaya milyardlarla dollarlıq silah ayırmağı dayandıracaq”, – Brayan bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynanın 100 mindən çox hərbçi itirdiyini söyləmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button