Elektron ticarətlə bağlı yeni qaydalar müəyyənləşir

Azərbaycanda elektron ticarətin hüquqi tənzimlənməsinə texnoloji neytrallıq prinsipinin daxil edilməsi təklif olunur

Polise.az xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsində texnoloji neytrallıq anlayışının ayrıca müəyyənləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, texnoloji neytrallıq elektron ticarət münasibətlərində normativ hüquqi aktlarla hər hansı texnologiyanın üstün tutulmaması, onun tətbiqinə məhdudiyyət qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsi deməkdir.

Bu məqsədlə Qanunun əsas anlayışlar bölməsinə yeni müddəanın əlavə edilməsi və elektron ticarətin əsas prinsipləri sırasına texnoloji neytrallığın daxil olunması təklif edilir.

Dəyişiklik elektron ticarət sahəsində müxtəlif texnoloji həllərin tətbiqinin hüquqi baxımdan nəzərə alınmasına yönəlib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button