Elektron ticarətdə ödəniş üsulları ilə bağlı tələblər dəyişdirilə bilər

Azərbaycanda elektron ticarətlə məşğul olan satıcıların alıcıları ödəniş üsulları barədə məlumatlandırması ilə bağlı tələblərin yenilənməsi təklif edilir.

Polise.az xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, satıcının özü barədə təqdim etməli olduğu zəruri məlumatlar sırasına ödəniş üsulları haqqında məlumatlar daxil ediləcək.

Təklif olunan redaksiyada nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması barədə məlumatların açıqlanması nəzərdə tutulur.

Qüvvədə olan redaksiyada isə ödənişlərin POS-terminal, internet şəbəkəsi və elektron pul kisəsi vasitəsilə aparılması barədə məlumatların göstərilməsi tələb olunur.

Dəyişiklik ödəniş üsullarının daha geniş şəkildə əhatə olunmasına və elektron ticarətdə istifadə edilən müxtəlif ödəniş vasitələrinin nəzərə alınmasına yönəlib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button