Respublika üzrə bu ayın pensiya ödənişləri yekunlaşıb

Respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Polise.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Polise.az



