Xidmət yerinə vaxtında gəlməyənlərə qarşı məsuliyyət qaydaları yenilənir

Hərbi xidmət yerini özbaşına tərk etmək və üzrlü səbəb olmadan xidmətə vaxtında gəlməməyə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur.

Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün məsuliyyət yaradan müddətin üç gündən bir günədək azaldılması nəzərdə tutulur.

Təklif olunan redaksiyaya görə, həmin şəxslərin hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, yaxud üzrlü səbəb olmadan vaxtında gəlməməsi bir gündən artıq, lakin 10 gündən çox olmayan müddəti əhatə etdikdə, 200 manatdan 300 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq oluna bilər.

Dəyişiklik hərbi xidmətə davamiyyətlə bağlı məsuliyyətin tətbiq dairəsini genişləndirməyə yönəlib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button