Ermənistan XİN rəhbəri növbəti dəfə Moskvaya yollanıb

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli səfərə gedib.  

“RİA Novosti” agentliyi xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl yayılan məlumata əsasən, Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.

Hamısını Göstər

Related Articles

Back to top button