Koronavirus bu rayonda sürətlə yayılır

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

Burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 13 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı körpə də var. 

Rayon üzrə son 24 saat ərzində ümumilikdə 8 nəfərdə COVID-19 aşkarlanıb.

Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur. 

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button