Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisləri vəzifələrindən azad olunub

General-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Tofiq Tağıyev yuxarı vəzifəyə – Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button